Səudiyyənin Maliyyə naziri ölkəsinin İrana sərmayə qoyacağını açıqlayıb

Səudiyyənin Maliyyə naziri ölkəsinin İrana sərmayə qoyacağını açıqlayıb

Səudiyyə Ərəbistanının Maliyyə naziri bu gün çərşənbə günü bildirib ki, ölkəsinin İran İslam Respublikasına sərmayə qoymasına heç bir maneə yoxdur.

İRNA-nın Reuters xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Maliyyə naziri Məhəmməd Əl-Cədan maliyyə sektoru konfransının ikinci iclasında deyib: İki ölkə arasında razılaşmadan sonra Səudiyyə Ərəbistanının İrana investisiyaları çox sürətlə baş verə bilər.

O, əlavə edib: Səudiyyə Ərəbistanının İrana sərmayə qoyması üçün çoxlu imkanlar var və regionda sabitliyin bərqərar olması və sazişin müddəalarına ehtiram fonunda İrana investisiya etmək üçün heç bir maneə yoxdur.

Əl-Cədan bəyan edib ki, İran yüz illərdir bizim qonşumuz olub, var və olacaq.

O, qeyd edib ki, biz sazişlərə əməl etdiyimiz, suveren hüquqlara hörmətlə yanaşdığımız, daxili işlərə qarışmadığımız və BMT konvensiyalarını pozmadığımız müddətdə münasibətlərin normallaşmasına, investisiya qoyuluşuna mane olacaq heç bir məsələ yoxdur.

İqtisadi inkişafa diqqət yetirmək üçün bizə və onlara sabitlik lazımdır.

Martın 10-da Pekində Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin, Səudiyyə Ərəbistanı Nazirlər Şurasının üzvü və Milli Təhlükəsizlik müşaviri Məsədə bin Məhəmməd Əl-Əyban və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Partiya Mərkəzi Komitəsinin Xarici Əlaqələr İdarəsinin rəhbəri, Xalq Cümhuriyyəti Dövlət Şurasının üzvü Van Yinin imzaladığı üçtərəfli bəyanatda İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələrin bərpasına dair razılaşma əldə edilib.

Region ölkələrinin bir sıra dəstək və alqışları və Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpasına dair razılaşma elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + fourteen =