Səudiyyənin Yəmənə hücumları davam edir: 3 mülki şəxs şəhid olub

Səudiyyənin Yəmənə hücumları davam edir: 3 mülki şəxs şəhid olub

Xəbər mənbələri Səudiyyə döyüş təyyarələrinin Yəmənə hücumları və 3 mülki şəxsin şəhid olması barədə məlumat yayıb.

İRNA-nın çərşənbə günü “Əl-Məyadin” kanalına istinadən verdiyi məlumata görə, Yəmənin Milli Qurtuluş Hökumətinin Daxili İşlər Nazirliyi Səudiyyə ordusunun qırıcılarının bu səhər (çərşənbə) Səədə əyalətində yerləşən “Şəda” sərhəd bölgəsini bombaladığını açıqlayıb.

Səudiyyə Ərəbistanının hücumları nəticəsində 3 yəmənli mülki şəxs şəhid olub.

Bu məlumata əsasən, Yəmənin “Əyn” İnsan Haqları Mərkəzi çərşənbə axşamı gecəsi Səudiyyə koalisiyasının Səədə vilayətinə davam edən hücumlarına və dinc sakinlərin öldürülməsinə cavab olaraq elan edib ki, Səudiyyə koalisiyasının qətliam maşını mülki şəxslərə qarşı cinayətlər törətməkdə davam edir.

“Əyn” İnsan Haqları Mərkəzi əlavə edib: Təcavüzkar ölkələr və onların muzdlularının yəmənlilərə qarşı hərəkətlərinə biganə qalan beynəlxalq ictimaiyyətin, beynəlxalq qurum və təşkilatların susqunluğunu pisləyirik.

Bu insan haqları mərkəzi davam edib: Biz həmçinin beynəlxalq insan haqları standartlarına əsasən müharibə cinayəti sayılan bu dəhşətli cinayətləri qətiyyətlə pisləyirik.

Dünən (çərşənbə axşamı) Səudiyyə hərbçilərinin Yəmənin şimalındakı Səədə vilayətinin sərhəd bölgələrini atəşə tutması nəticəsində bir yəmənli mülki şəxs şəhid olub, beş nəfər isə yaralanıb.

Səudiyyə Ərəbistanı BƏƏ də daxil olmaqla bir neçə ərəb ölkəsinin koalisiyası şəklində və ABŞ-ın köməyi və yaşıl işığı ilə keçmiş fərari prezident Əbdu Rəbbih Mənsur Hadini geri qaytarmaq bəhanəsi ilə 6 aprel 2015-ci ildən ən yoxsul ərəb ölkəsi olan Yəmənə qarşı kütləvi hücumlara başlayıb.

Amma Səudiyyə koalisiyası Yəmən xalqı və silahlı qüvvələrinin cəsarətli müqaviməti və xüsusi raket və pilotsuz təyyarə əməliyyatları nəticəsində öz məqsədlərinəə nail ola bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − thirteen =