S-500-ün hazırlanma tarixi məlum oldu

S-500-ün hazırlanma tarixi məlum oldu

Az.shafaqna.com “Krasnaya zvezda”-ya istinadən xəbər verir ki, Rusiya Hava Kosmik Qüvvələrinin (HKQ) baş komandanı general-leytenant Andrey Yudin S-500 zenit raket kompleksinin (ZRK) hazırlanması prosesi haqda danışıb.

Qeyd etmək lazımdır ki, 2021-ci il üçün S-500 mobil hava və raket hücumundan müdafiə sisteminin hazırlanmasının tamamlanması planlaşdırılıb”, – deyə o bildirib.

Yudin deyib ki, hazırda sistem dövlət sınaqlarını keçir, Hərbi Sənaye Kompleksi (HSK) təsisatları isə onun kütləvi istehsalı üçün lazım olan detalları alır.

Xatırladaq ki, daha öncə Rusiya Müdafiə Nazirliyi S-500-ün seriyalı tədarükünün başlanmasının 2025-ci ilə planlaşdırıldığını bəyan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 3 =