Sabah Ankarada Türkiyə, NATO, İsveç və Finlandiya nümayəndələri arasında görüş keçiriləcək

Sabah Ankarada Türkiyə, NATO, İsveç və Finlandiya nümayəndələri arasında görüş keçiriləcək

Sabah Ankarada İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə əlaqədar imzalanan Üçtərəfli Saziş çərçivəsində yaradılan “Daimi Ortaq Mexanizm”in dördüncü iclası baş tutacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, Türkiyə tərəfindən heyətə Prezidentin baş müşaviri Akif Çağatay başçılıq edəcək.

İclasda NATO nümayəndə heyətinin rəhbəri qismində NATO-nun baş katibliyi Kabinetinin rəhbəri Stian Yenssen, İsveç nümayəndə heyətinin rəhbəri qismində İsveç Xarici İşlər Nazirliyinin dövlət katibi Yan Knutsson və Finlandiya tərəfindən Xarici İşlər Nazirliyi dövlət katibi Jukka Salovaara iştirak edəcəklər.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 14 =