Sabah azad olunacaq 3 sionist məhbusun adları məlum oldu

Sabah azad olunacaq 3 sionist məhbusun adları məlum oldu

Sionist rejim Nazirlər Kabineti sabah azadlığa buraxılması planlaşdırılan üç israilli məhbusun adlarını açıqlayıb.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Həmas hərəkatından sabah azad edilməsi planlaşdırılan məhbusların adlarını aldığını açıqlayıb.

Bununla bağlı Həmas rəsmisi deyib: Həmas cümə axşamı azad olunacaq israilli məhbusların adlarını təhvil verib.

Məlumata görə sabah azad olunacaq məhbuslar Ərbel Yehud, Ağam Berger və Gadi Musadır.

Netanyahunun ofisindən verilən məlumata görə, Həmas sabah 5 Tailand vətəndaşını azad etməyi planlaşdırır.

Media mənbələrinin məlumatına görə, İsrail rejimi də cümə axşamı günü 110 fələstinli məhbusu azad etməyi planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − ten =