Sabah güclü qar yağacaq – HAVA PROQNOZU
Martın 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında
Arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.
Tibbi-meteoroloji proqnoz
Martın 19-da Abşeron yarımadasında soyuq temperatur diskomfortu və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Lent.az