Sabah qar yağacaq, yollar buz bağlayacaq – HAVA PROQNOZU

Sabah qar yağacaq, yollar buz bağlayacaq – HAVA PROQNOZU

Dekabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında

Şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacaq.

Avtomobil yollarında vəziyyət

Dekabrın 13-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Quba-Xaçmaz, Quba-Qusar, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Füzuli-Horadiz, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Yevlax-Xocalı-Laçın, Həkəri-Zəngilan, Giləzi-Xızı, Göyçay-Ucar, Yevlax-Zaqatala, Masallı-Yardımlı, Ələt-Astara, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacağı, dağlıq rayonlarda isə şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 3 =