Sabahkı Tayvan bugünkü Ukrayna olacaq! – Pekindən ŞOK HƏDƏ

Sabahkı Tayvan bugünkü Ukrayna olacaq! – Pekindən ŞOK HƏDƏ

Publika.az xəbər verir ki, bunu Şanxay Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Yan Anlin TASS-a müsahibəsində deyib.

“Müharibə təhlükəsi ilə bağlı mövcud vəziyyət eyni istiqamətdə inkişaf edərsə, Tayvan boğazı ərazisində “könüllü atəş” ehtimalı istisna edilmir. Əgər bu doğrudursa, o zaman sabahkı Tayvan bugünkü Ukraynaya çevrilə bilər”, – Yan Anlin bildirib.

Onun sözlərinə görə, Pekin Tayvanla münasibətlərin sülh yolu ilə inkişafı siyasətini təbliğ edir. İnstitutun direktoru bildirib ki, Tayvan sahillərində vəziyyətin gərginləşməsinin əsas səbəbi “ABŞ-ın Tayvan məsələsi ilə Çini cilovlamaq istəyinə əsaslanan strategiyası və siyasətidir”. Yan Anlin əlavə edib ki, Tayvanda hakim Demokrat Partiyasının kursunu adanın müstəqilliyi və Pekinlə əlaqələrin kəsilməsi istiqamətində digər səbəbdir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + nineteen =