ŞABAK-a qarşı uğurlu müqavimət əməliyyatı keçirilib-Video

ŞABAK-a qarşı uğurlu müqavimət əməliyyatı keçirilib-Video

Fələstin müqaviməti ərəb kanalı vasitəsilə və İordan çayının qərb sahilində müqavimətin yeni hücrələri ilə bağlı xüsusi proqram zamanı Fələstin qüvvələrinin sionist rejimə qarşı bir neçə xüsusi əməliyyatını yayımlayıb.

 “Əl-Cəzirə” kanalı cümə günü axşam saatlarında “Ma Xufiyə Əzəm” (Gizlədikləri şeylər daha böyükdür) adlı araşdırma proqramında “Cənin Batalyonu” və “Ərınəl-Usud” adlı müqavimət qüvələrinin necə əmələ gəldiyi və İordan çayının qərb sahilində onların sionist rejimə qarşı gizli əməliyyatları haqqında məlumat verirlib.

Bu proqramda ilk dəfə olaraq müqavimətin Sionist Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatına (ŞABAK) qarşı kəşfiyyat əməliyyatlarından biri müqavimət kəşfiyyatı agentinin bu rejimin təhlükəsizlik orqanlarını aldatmaq və onlardan lazımi məxfi məlumatları müqavimətə ötürmək məqsədilə Sionist Kəşfiyyat Təşkilatının xeyrinə casusluq etməyə hazır olduğunu elan etdikdən sonra necə uğur qazanması açıqlanıb.

Fələstin İslami Cihad hərəkatının hərbi qolunun “Səraya əl-Qüds” qüvvələrindən biri olan və bu proqramda “106nömrəli əsgər” olaraq xatırlanan bu müqavimət agenti müqavimətin aylarla apardığı gizli kəşfiyyat əməliyyatlarından sonra sionist rejimin kəşfiyyatçıları ilə birlikdə Qəzzəyə səfər etmək və sionist rejimin casusu adıyla lazımi təlim almaq üçün işğal olunmuş ərazilərə daxil ola bilir.

Proqramda üzü örtülü olan və səsi dəyişdirilən bu müqavimət döyüşçüsü nəql edir ki, Qəzzə zolağının sərhəddində sionist rejimin kəşfiyyatçıları ilə görüşdükdən sonra içərisində kamera quraşdırılmış mikroavtobusa mindirilib.

Bu mikroavtobusa mindikdən sonra bu müqavimət döyüşçüsündən xüsusi çəkmələr və hərbi paltar geyinib kəşfiyyatçılarla getməsi xahiş olunur. O, Qəzzə zolağının sərhədini tərk etdikdən sonra sionist rejimin “Əbu Xalid” ləqəbli “Adəm” adlı kəşfiyyatçısı ilə görüşür.

Bu müqavimət qüvvəsinin məlumatına əsasən, sionist rejimin kəşfiyyat rəsmiləri ilə görüşdükdən sonra ona şəkil çəkmək və sionist kəşfiyyat təşkilatına məlumat göndərmək öyrədilməsi nəzərdə tutulub və ona Sərayəl-Qüds qüvvələrinin şəkilləri göstərilərək və onları tanıyıb-tanımaması soruşulub.

İsrail kəşfiyyat və təhlükəsizlik qüvvələrinin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, 106-cı əsgər bu agentləri aldadaraq, işğal altındakı Qüds restoranlarından birində İsrail rejiminin yüksək səviyyəli kəşfiyyatçısının agentini lentə almağa nail olur.

Sərayəl-Qüdsün kəşfiyyat xidmətinin məlumatına görə, bu müqavimət döyüşçüsü nəinki sionist rejimin bu kəşfiyyatçısının kimliyini üzə çıxarmağa müvəffəq olur, həm də sionist rejimin məxfi planlarından xəbərdar olur və Sərayəl-Qüds komandirlərindən birinin öldürülməsinin qarşısını alır. Sonra sağ-salamat Qəzzə zolağına dönür.

Bu proqramın başqa bir hissəsində “Əl-Cəzirə” proqramının aparıcısı Livanda kompleks təhlükəsizlik tədbirlərini keçdikdən sonra sionist casusluq xidməti (Mossad) tərəfindən axtarışda olan Fələstin İslami Cihadının ən mühüm komandirlərindən biri ilə görüşməyə nail olub.

Sionist rejimin İordan çayının qərb sahilində və Qəzza zolağında Əl-Qüds əməliyyatlarının rəhbəri və təşkilatçısı kimi tanıdığı müqavimət komandiri “Əkrəm Əl-Əcuri” cümə günü axşam saatlarında ilk dəfə olaraq Əl-Qüds kanalında yayımlanan eksklüziv görüntülərdə İslami Cihad “Bəha Əbuləta”, “Təysir Əl-Cəbəri” və “Xalid Mənsur” kimi digər şəhid komandirləri ilə birlikdə olduğu yayımlanır.

Sionist rejim Əl-Əcurini İordan çayının qərb sahilində Cənin batalyonunun formalaşmasında məsul hesab edir və dəfələrlə ona sui-qəsd etməyə cəhd edib. O cümlədən, Suriyanın paytaxtı Dəməşqdə sionist rejimin müqavimətin bu ali komandirinə qarşı sui-qəsd cəhdi uğursuzluqla nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 4 =