Şabak: Ramazan ayında qoyulan məhdudiyyətlər təhlükəlidir

Şabak: Ramazan ayında qoyulan məhdudiyyətlər təhlükəlidir

Sionist rejimin daxili təhlükəsizlik təşkilatı ŞABAK işğal olunmuş Qüdsdə Ramazan ayı üçün nəzərdə tutulan məhdudiyyətlərin pis nəcilənəcəyi ehtimalı barədə xəbərdarlıq edib.

İRNA-nın İsrailin 13-cü kanalına istinadən verdiyi məlumata əsasən, ŞABAK sədri baş nazir Benyamin Netanyahudan Ramazan ayında qoyulacaq bəzi məhdudiyyətlərə tezliklə yenidən baxılmasını istəyib və əks təqdirdə Qüdsdə gərginliyin artacağı barədə xəbərdarlıq edib.

Bundan əvvəl də İsrail mediaları Qəzzə müharibəsi dövründə Ramazan ayında işğal olunmuş Qüdsdə vəziyyətin daha da gərginləşəcəyi barədə proqnozlar vermişdilər. Hətta Knessetdə çıxış edən Yair Lapid radikal nazir İtamar Ben Qvirin Ramazan ayında Qüds və İordan çayı qərb sahillərindəki ixtiyarlarının alınmasını təklif etmiş, İsrail təhlükəsizliyinə uyğun rəftar etməsini istəmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × one =