Şahbaz Şərif Tehrandan Laçına getdi

Pakistanın Baş naziri cənab Məhəmməd Şahbaz Şərif, İranı tərk etdikdən sonra Pakistan-Türkiyə-Azərbaycan üçtərəfli sammitində iştirak etmək məqsədilə ötən gecə Azərbaycanın Laçın şəhərinə daxil olub.
Laçın hava limanında Baş nazir, Azərbaycanın xarici işlər naziri cənab Ceyhun Bayramov, Pakistannın Azərbaycandakı səfiri cənab Qasım Müinüddin və digər rəsmi nümayəndələr tərəfindən səmimi şəkildə qarşılanıb.
Cənab Şahbaz Şərif, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birlikdə bu üçtərəfli zirvə görüşündə iştirak edəcək.