Sahibini xilas edən it 12 gündən sonra…

Sahibini xilas edən it 12 gündən sonra…

Publika.az xəbər verir ki, Yanq adlı 78 yaşlı kişi tək yaşayırmış. Doqquz il əvvəl o, Golden Retriever/Labrador qarışığı it balasını övladlığa götürüb, adını Avan qoyub və o vaxtdan bəri onlar heç vaxt ayrı qalmayıblar.

Sahibi insult keçirdyi zaman it dayanmadan hürərək qonşuların köməyə gəlməyinə səbəb olub. Qonşular qapının bağlı olduğunu görüb, polisə müraciət ediblər.

“İtə dedik ki, sahibini xilas etməyə gəlmişik. Deyəsən o, sözlərimizi başa düşdü və sakitcə uzandı”, – deyə polis sözçüsü Şen Jianhuan bildirib. Yang xəstəxanaya yerləşdirilib. Bir neçə gündən sonra sosial işçilər Avanı sahibsiz itlər üçün sığınacağa aparıblar.

Sığınacaqda it yemək-içməkdən imtina edib və 12 gün sonra ölüb. Sığınacaq müdirinin sözlərinə görə, onlara gələn itlərin çoxu yeni mühitə uyğunlaşa bilmədiyi üçün stressdən ölür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =