Şahidlər Netanyahunun əleyhinə ifadə verəcəklər

Şahidlər Netanyahunun əleyhinə ifadə verəcəklər

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, işğalçı İsrail rejimi Baş Naziri Benyamin Netanyahunun vəkilləri, işğal altındakı Qüds məhkəməsinə təzyiq göstərərək korrupsiya ittihamlarının araşdırılması müddətini təxirə sala biliblər.

“The Jerusalem Post” qəzetinin yazdığına görə, işğal altında olan Qüds şəhərinin məhkəməsi bazar ertəsi axşamı Netanyahunun korrupsiya ittihamları ilə bağlı növbəti məhkəmə iclasının 5 aprel tarixində keçiriləcəyini açıqlayıb.

Netanyahunun vəkilləri, işğal altındakı Fələstində seçki öncəsi (23 Mart) məhkəmənin keçirilməsinin Netanyahunun partiyasının reytinqinə mənfi təsir göstərə biləcəyini iddia ediblər. Məhkəmənin yeni tarixi, seçkidən iki həftə sonraya təyin olunub.

Məlumata görə, Netanyahunun korrupsiya ittihamlarına 5 aprel tarixindən etibarən həftədə üç iclas (ay yarım) və hər iclas bir saat olmaqla baxılacaq.

“The Jerusalem Post” qəzetinin yazdığına görə, bu dinləmələr zamanı prokurorluq tərəfindən məhkəməyə gətirilən şahidlər, korrupsiya ittihamlarında Netanyahunun əleyhinə ifadə verəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 5 =