Şahzadə Feysəl: Həmas bütün dünyaya İsrailin iç üzünü göstərdi

Şahzadə Feysəl: Həmas bütün dünyaya İsrailin iç üzünü göstərdi

Səudiyyə Ərəbistanının sabiq təhlükəsizlik sədri 7 oktyabr Əl Əqsa Tufanı əməliyyatının sionit rejimin real maiyyətinin dünyaya aşkar etdiyini söyləyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Tərki Əl Feysəl “Əl Əxbariyyə” telekanalı ilə müsahibəsində deyib: Həmas İsrailin Qəzzədə keçilməz qala metodunu qıran Əl Əqsa əməliyyatının önəmli aspektləri dünya ictimaiyyətinə sionist rejimin həqiqi mahiyyətini açıq-aşkar göstərdi.

Şahzadə Əl Feysəl deyib: Dünya ictimaiyyəti sionist rejimi barədə fərqli təsəvvürə malik idi və insanlar İsrailin yenilməz olduğunu sanırdı. Amma Əl Əqsa Tufanı əməliyyatı “Fələstin məsələsinin hələ də gündəmdə olduğunu, ölmədiyini və bu yenilməz düşmən təsəvvürünü məhv edə biləcəyini və  müqavimətin mübarizəyə qadir olduğunu beynəlxalq dünyaya sübut etdi.  

Əl Feysəlin sözlərinə görə ötən 3 ayda əldə edilən nəticələrdən biri də dünya xalqlarının həqiqətə bağlanmış gözünün açılması,  Fələstin məsələsinin mövcudluğunun fərqinə varmasına səbəb olmaqdan əlavə, Asiya, Afrika, Latın Amerikası kimi dünyanın müxtəlif yerlərində fələstinlilərin ədalətsizlik və zülmə düçar olduqlarına əminlik yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =