Salyanda 143 baş qoyun oğurlanıb

Salyanda 143 baş qoyun oğurlanıb

Salyanda 143 baş qoyun oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyul ayının 3-də rayon sakini A.Şıxəliyevə məxsus fermadan 143 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Sabirabad rayonu Zəngənə kəndində qeydiyyatda olan, lakin Salyan rayonunda yerləşən fermaların birində işləyən və orada yaşayan Dilqəm Mirzəliyev olduğu müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

D.Mirzəliyev tərəfindən oğurlanmış 143 baş qoyun isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onun yaşadığı fermadan aşkarlanaraq götürülüb və zərərçəkmişə təhvil verilib.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − nine =