Şamaxıda ağacların qanunsuz kəsintisi ilə bağlı ETSN-dən açıqlama

Şamaxıda ağacların qanunsuz kəsintisi ilə bağlı ETSN-dən açıqlama

“Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağsu meşəbəyliyinin 13 saylı dolayında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb. Araşdırma zamanı sözügedən meşə sahəsində qanunsuz ağac kəsintisi qeydə alınmayıb”. Bunu Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, meşə qanunvericiliyinə uyğun olaraq 2020-ci il üçün Ağsu meşəbəyliyinin 13 saylı dolayındakı ərazinin qırma sahəsi üçün ayrıldığı və ərazidəki bioloji inkişafdan qalmış, köküstə qurumuş, əyilmiş ağacların kötüklərinin damğalanaraq oduncaq tədarükü üçün kəsildiyi və buraxılış orderi əsasında hüquqi və fiziki şəxslərə satıldığı məlum olub.

QAFQAZINFO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + fifteen =