San-Diyeqoda evsiz eşiksiz bir qaradərili şəxs polis tərəfindən zorakılığa məruz qaldı + Video
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya ştatının San-Diyeqo polis idarəsi , iki polis zabitinin qaradərili bir vətəndaşı həbs etmək istəyərkən onu yumruqladığı üçün bu zorakı hərəkətlə əlaqədar daxili istintaq işinin başladıldığını xəbər verib.
“Yahoo News”-un məlumatına görə, çərşənbə günü bu hadisənin videosunu çəkən şəxs, bu evsiz eşiksiz şəxsin döyülərək başından və ayaqlarından zərər gördüyünün şahidi olduğunu söyləyib. O, polis əməkdaşlarının küçədə idrar etməkdə suçlandırılan bu adamla davranışına inana bilmədiyini söyləyib.
34 yaşlı bu şahid qadın həmçinin belə deyib: “Mən həmişə onu görürəm. O, zərərsiz biridir. Sadəcə evsiz eşiksizdir.”
Polis idarəsinin sözçüsü, cümə axşamı bu video sosial şəbələrdə yayımlandıqdan sonra daxili işlər orqanının hadisə yerindəki polis geyimlərində olan kameraları yoxladığını söyləyib. Polis həmçinin bu şəxsin həbs edildikdən sonra xəstəxanaya yerləşdirildiyini bildirib.