SANA: “ABŞ daha 30 tanker Suriya neftini İraqa gətirdi”

SANA: “ABŞ daha 30 tanker Suriya neftini İraqa gətirdi”

Suriyanın SANA rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ əsgərləri dünən (20 sentyabr) gecə, qanunsuz olaraq 30 neft tankerini qaçaqmalçılıq yolu ilə İraqa keçirib. Qeyd edildiyi kimi, ABŞ hərbçiləri 30 neft tankerindən ibarət karvanı Əl-Vəlid keçidi ilə Suriyadan İraqa keçirdib.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə əsasən, ABŞ, nəzarətində olan Əl-Cəzirə bölgəsindəki Suriyanın neft quyularından oğurladığı nefti, 30 tankerdən ibarət bir karvanla Əl-Həsakə vilayətinin Əl-Ərabiyyə bölgəsindəki Əl-Vəlid sərhəd keçidi yolu ilə İraqa keçirdib. Suriya hökuməti dəfələrlə Suriyanın şərq və şimal-şərqindəki Amerikanın terror ünsürlərinin Suriya neftini talan etməkdən başqa bir məqsəd güdmədiyini, bu səbəbdən də ölkədəki qanunsuz mövcudiyyətlərinə son qoymaq üçün mübarizə apardıqlarını bəyan edib. Xatırladaq ki, Tramp ABŞ qüvvələrinin Suriyadakı mövcudiyyətinin neft ilə əlaqədar olduğunu dəfələrlə etiraf edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + thirteen =