SANA: “İsrail rejiminin Dəməşqə hücumunda 3 əsgər həyatını itirdi”

SANA: “İsrail rejiminin Dəməşqə hücumunda 3 əsgər həyatını itirdi”

Suriyanın SANA dövlət xəbər agentliyi bildirir ki, ölkənin hava hücumundan müdafiəsi İsrail rejiminin paytaxt Dəməşqə hücumlarına cavab verib.

Deyerler.org xəbər verir ki, SANA-ya danışan hərbi rəsmilərdən biri hücumlarda 3 əsgərin öldüyünü və bir əsgərin yaralandığını bildirib. O, hücumlar nəticəsində maddi ziyanın olduğunu da qeyd edib.

İsrail rejiminin ordusu rəsmi olaraq hücuma görə məsuliyyəti öz üzərinə götürüb və İranın İnqilab Keşikçiləri Ordusunun Qüds Korpusu və Suriya ordusunun hədəfə alındığını iddia edib.

Hücumların Qolan yüksəkliklərindəki alfa xəttinə əldəqayırma partlayıcı maddələr yerləşdirilməsinə cavab olduğu qeyd edilən açıqlamada, belə deyilib: “Hücum sursat, qərargah və hərbi komplekslərə və qurudan havaya raket batareyalarına zərər vurdu”.

Qeyd edək ki, İsrail rejimi Suriya böhranı başlayandan etibarən Suriyanın cənubundakı hərbi hədəflərə hücum edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 2 =