Sanders: Artıq Netanyahunun döyüş maşını üçün pul ödəməyəcəyik

Sanders: Artıq Netanyahunun döyüş maşını üçün pul ödəməyəcəyik

Amerikalı müstəqil senator Bernie Sanders fələstinli uşaqların öldürülməsini tənqid edib və Benyamin Netanyahunun Amerikadan kömək istədiyi təqdirdə siyasətini dəyişməsi lazım olduğunu vurğulayaraq deyib: “Artıq İsrail baş nazirinin döyüş maşınına pul göndərilmir.”

Sanders keçən bazar günü “CBS News”-a müsahibəsində deyib: “Amerika (Fələstinli) uşaqların kütləvi şəkildə öldürülməsində şərik ola bilməz.”

O, bir daha Ağ Ev rəsmilərini İsrailə qeyd-şərtsiz hərbi yardım göndərilməsini dayandırmağa çağırıb. Bu müstəqil senator daha sonra Qəzza müharibəsini “görünməmiş böhran” adlandırıb.

Senator qeyd edib ki, söhbət təkcə qətlə yetirilən və üçdə ikisi qadın və uşaqlar olan 30 min fələstinlidən getmir, biz yüz minlərlə uşağın aclıqdan ölməsi ehtimalını da araşdırırıq.

Sanders müsahibəsinin davamında deyib: “ABŞ hökuməti Netanyahuya yalvara bilməz. Ona “pul istəyirsənsə, siyasətini dəyişməlisən” deməlisiniz. Uşaqlara yemək çatdırmaq üçün yük maşınlarının daxil olmasına icazə verməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 8 =