Sanders: Tramp Amerika tarixinin ən korrupsioner Prezidentidir

Sanders: Tramp Amerika tarixinin ən korrupsioner Prezidentidir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Vermont əyalətindən olan demokrat senator ABŞ Prezidentini bəzi qohumlarını və Blackwater şirkətinin dörd üzvünü bağışladığı üçün tənqid edərək, onu ABŞ tarixindəki ən korrupsioner Prezident adlandırdı.

Berni Sanders Blackwater-ın bəzi sadiq adamlarını, qohumlarını və dörd qüvvəsini bağışladığı üçün Prezident Donald Trampı tənqidlərini Tvitter-də paylaşdı.

Sanders mesajında: “Amnistiyaya layiq insanlar 450000 nəfər zorakılıq etməyən narkotik cinayətkarıdır. Amnistiyaya layiq olmayan insanlar Paul Manfort, Roger Stone, Charles Kouchner, Duncan Hunter, Joe Arpaio və İraqda mülki insanları qıran Blackwater təhlükəsizlik qüvvələridir.” – dedi.

Prezident çərşənbə gecəsi keçmiş müşaviri Roger Stone, keçmiş Tramp Baş qərargah rəisi Paul Manfort və kürəkəni Jared Kushner’in atası Charles Kushner daxil olmaqla 26 nəfəri bağışladı.

Bütün ABŞ Prezidentləri hakimiyyət müddətinin sonunda mübahisəli əfv qərarları çıxararkən, Tramp bu qüdrətdən dostları və qohumları ilə bağlı sui-istifadə edir.

ABŞ-ın keçmiş Baş prokuroru Robert Mueller Roger Stounu təxminən iki il əvvəl qanunu sabotaj etmək, şəxslərin ifadələrinə təsir etmək və hüquq-mühafizə orqanlarına yalan ifadələr vermək ittihamı ilə həbs etmişdi.

Hesabatlar həmçinin Trampın Roger Stone-un cəzasını artıq azaltdığını göstərir.

Manafort, bir il əvvəl vergidən yayınma və bank saxtakarlığına görə ABŞ məhkəməsində dörd il həbs cəzasına məhkum edilmişdi. Tramp 16 sentyabr 2007-ci il tarixdə Bağdadın Ən-Nüsrə meydanında 17 iraqlını öldürməkdə və 27 nəfəri yaralamaqda günahkar bilinən silahlıları da əfv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =