“Sanki durğunluq dövrünə qədəm qoymuşuq”

“Sanki durğunluq dövrünə qədəm qoymuşuq”

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı 2024-cü ilin büdcəsinin 2022-ci illə müqayisədə az olduğunu deyib.

“10 milyon əhalisi olan ölkə üçün 34 milyard manat gəlirləri olan büdcə olduqca kiçikdir. Bu büdcənin də çox hissəsi Dövlət Neft Fondundan transfertdir. Dövlət Neft Fondundan transfertlər çıxılarsa, 2024-cü ilin büdcəsi 2022-ci illə müqayisədə azdır. İqtisadiyyatımızın neft gəlirlərindən asılılığına son qoyulması üçün ciddi islahatlar həyata keçirməliyik. Sanki durğunluq dövrünə qədəm qoymuşuq”, -Qüdrət Həsnquliyev deyib.

Deputat qeyd edib ki, azad edilmiş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manatlıq satınalmalar həyata keçirilir:

“Dövlət müəssisələri, xəstəxanalar özəlləşdirilməlidir. Qanunların aliliyi təmin edilməsə, İqtisadiyyat Nazirliyinin səyləri nəticə verməyəcək. Sabit Vergi Məcəlləsi olmalıdır. Hər bir nazirlik özü üçün xidmət haqqı müəyyən edə bilməz. Vergiləri tez-tez dəyişməklə güclü iqtisadiyyat yaratmaq olmaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − four =