Sankt-Peterburqda Azərbaycan və Rusiya baş prokurorlarının görüşü başlayıb
Sankt-Peterburqun Tavriya sarayında keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə rusiyalı həmkarı İqor Krasnovun ikitərəfli görüşü başlayıb.
Bu barədə “Report”un Rusiya bürosu xəbər verir.
Qeyd edək ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçirilir. Görüş zamanı iki ölkənin prokurorluqları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, o cümlədən cinayətkarların ekstradisiyası və maraq doğuran digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Bu gün həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşünün keçirilməsi gözlənilir.
Report.az