Saraya əl-Quds: İran və müqavimət cəbhəsi bu qələbədə bizimlə ortaqdırlar

Saraya əl-Quds: İran və müqavimət cəbhəsi bu qələbədə bizimlə ortaqdırlar

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Saraya əl-Quds sözçüsü Əbu Həmzə, cümə günü “Qüds Qılıncı” döyüşündə əldə olunan Fələstin müqavimətinin zəfərindən danışıb.

“Əl-Məyadin”in verdiyi məlumata görə, bununla bağlı Saraya Əl-Qudsun sözçüsü bildirib: “Qüds bizim müharibəmizin təməli, müqavimətin qılıncı və qələbəmizin əsas amilidir. Raket və barıtın səsi kəsildi, ancaq bizim bu uzun yolçuluğumuz hələ də davam edir. Biz düşmənin və sionist qəsbkarların cilovunu çəkə bildik və bu gün müqavimət tarixindəki növbəti bir mərhələni artıq geridə qoyduq.”

O, belə davam edib: “Saraya əl-Quds və bizimlə birgə olan digər müqavimət qrupları Netanyahu və onun ordusunu məğlub etdik. Biz raket yağışı ilə işğal olunmuş qəsəbələri onlara yaşayış üçün əlverişsiz yerlərə çevirdik. Döyüş vahidlərimiz düşmənin onlar üçün hazırladıqlarımızın dadına baxması üçün Qəzzaya quru qoşunu yeritmək qərarını gözləyirdilər.”

Əbu Həmzə həmçinin əlavə edib: “Fələstin xalqını dəstəkləməkdə İranın və müqavimət cəbhəsinin rolunu yüksək qiymətləndirir və onlara bu qələbədə bizimlə ortaq olduğunuzu söyləyirik. Biz həmişə hazırıq və bütün meydanlarda düşmənin bütün addımlarını izləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 3 =