SDQ-nin Əyn əl-Ərəbdə silahsız zona təklifi / Təhrir əl-Şamın federalizmə müxalifəti

SDQ-nin Əyn əl-Ərəbdə silahsız zona təklifi / Təhrir əl-Şamın federalizmə müxalifəti

 “Suriya Demokratik Qüvvələri” (SDQ) kimi tanınan milis qrupunun komandiri ABŞ-ın nəzarəti altında Əyn əl-Ərəb (Kobani) şəhərində silahsız zona yaratmağa hazır olduğunu bildirib.

Əl Aləm telekanalının Middle East Newsa istinadən verdiyi məlumata görə, Məzlum Əbdi bu gün (18 dekabr) Türkiyə ilə gərginliyin artmasından sonra X sosial media hesabında yazıb: Bu hadisələrdə məqsəd Türkiyənin təhlükəsizlik problemlərini həll etmək və regionun sabitliyini təmin etməkdir.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Toler Suriyadakı Türkiyəyə bağlı silahlı müxalif ünsürlərlə Vaşinqtonun dəstəklədiyi Suriya Demokratik Qüvvələri arasında Suriyanın şimalındakı Minbic şəhərində müvəqqəti atəşkəs razılaşmasının uzadıldığını açıqlamışdı.

Hadisələr ABŞ-ın yüksək rütbəli rəsmilərinin Türkiyə və müttəfiqlərinin Suriya ilə sərhəddə güc topladığını deməsindən sonra baş verib.

Bu məsələ Türkiyənin hücumunun Suriyadakı kürdlərin nəzarətində olan mövqelərə yaxın olması ilə bağlı narahatlıqları artırıb.

Bununla əlaqədar olaraq Əbu Həsən əl-Həməvi kimi tanınan Təhrir əş-Şamın hərbi komandiri Marhaf Əbu Qəsrə Suriyanın şimal-şərqində federalizmin qurulmasına qarşı çıxaraq deyib: Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olan ərazilər və şimal-şərqdə kürdlərin başçılıq etdiyi qüvvələr ölkənin yeni administrasiyasına aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 9 =