“Sem” qasırğası ikinci dərəcəyə qədər güclənib
ABŞ-ın Qasırğa Xəbərdarlığı üzrə Milli Mərkəzi Atlantik okeanı üzərində formalaşan “Sem” qasırğasının ikinci dərəcəyə qədər gücləndiyini bəyan edib.
Bu barədə idarənin saytında məlumat yerləşdirilib.
Bildirilir ki, hazırda qasırğa içərisində küləyin maksimal sürəti 43 m/s-dir.
Qasırğa Karib dənizindəki Levard Adalarından təxminən 1950 km şimal-şərqdə yerləşir və təxminən 22 km/saat sürətlə şimal-qərbə doğru hərəkət edir.
Report