Senator ABŞ-ın Yəmən müharibəsindəki rolunu ifşa etdi

Senator ABŞ-ın Yəmən müharibəsindəki rolunu ifşa etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Senatının Büdcə Komitəsinin yüksək vəzifəli üzvü Bernie Sanders və Nümayəndələr Palatasının üzvü Rohit Kana birgə məqalədə bildiriblər:

“Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının Yəmənə hücumlarını dəstəkləyir və bu hücumlarda yaxından iştirak edir.”

Onlar həmçinin qeyd ediblər: “Yəmən müharibəsində ABŞ-ın Səudiyyə Ərəbistanı ilə əməkdaşlığına son qoyulmalıdır.”

Bu konqresmenlər etiraf ediblər ki, Səudiyyə Ərəbistanı tərəfindən Yəmənin mühasirəyə alınması bu ölkəyə yanacaq və zəruri malların axınına ciddi əngəl törədib və bu da Yəmən xalqı arasında aclığa və qıtlığa səbəb olub.

Onlar sonda ABŞ hökumətini cəsarətli addımlar ataraq Yəmən müharibəsindən xaric olmağa və sülh istiqamətində işlər görməyə çağırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 5 =