Senatorlar “Facebook”dan islamofobiya əleyhinə tədbir görməsini istədilər

Senatorlar “Facebook”dan islamofobiya əleyhinə tədbir görməsini istədilər

Amerikanın konqresinin Demokratlardan olan bir qrup senatoru “Facebook” sosial şəbəkəsindən anti-müsəlmanlar və islamofoblar əleyhinə təcili tədbir görməsini tələb ediblər.

Onlar bu barədə “facebook” sosial şəbəkəsinin icraçı direktoru Mark Zukerberqə məktub yazaraq bu barədə Dekabr ayının 16-dək məruzə etməsini istəyiblər.

Senatorlar bu məktubu müsəlmanları dəstəkləyən ictimai fəalların sosial şəbəkələrdə müsəlmanlar əleyhinə yayılan nifrət və zorakılıq barədə hesabatından sonra yazıblar.

Sayları on beş nəfər olan demokrat senatorlar “facebook” sosial şəbəkəsindən tələb ediblər ki, bu şəbəkədən müsəlmanların əleyhinə sui-istifadənin və müsəlman azlıqlara qarşı insan haqlarının pozulmasının qarşısını alsın.

Bir çox ictimai təşkilat və mədəni fəallar, o cümlədən “Muslim Advocates” İnsan Hüquqları Təşkilatı senatorların bu məktubunu dəstəkləyiblər.   

Qeyd edək ki, “Muslim Advocates” İnsan Hüquqları Təşkilatı ötən ay paylaşdığı hesabatda “facebook” sosial şəbəkəsinin müsəlmanlar əleyhinə materialları paylaşanlarla əlbir olduğunu vurğulamışdı.

Bu təşkilatın icraçı direktoru hesabatdan sonrakı bəyanatında deyib: “Facebook”un müxtəlif ölkələrdəki anti-İslam əməkdaşları islamofob dövlətləri və onların müsəlmanlar əleyhinə təbliğlərini dəstəkləyirlər və müsəlmanlar əleyhinə zorakılığa zəmin yaradırlar və bu halların təkrarlanması bunun “facebook” tərəfindən bir səhv deyil, islamofoblarla əməkdaşlıq etməkləri deməkdir.

Iqna.ir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 5 =