SEPAH Ərbildə niyə “Vaşinqtonu vurdu?”

SEPAH Ərbildə niyə “Vaşinqtonu vurdu?”



Düz məntiqlə ABŞ-Rusiya qarşıdurması İran üçün nüvə danışıqlarında və enerji resurslarına qoyulan embarqonun ən azı azaldılmasında sərfəli görünür. Belə bir anlaşmanın olmaması iki ölkənin marağına uyğundur:

– İsrail nüvə danışıqlarına, ümumiyyətlə ABŞ-İran anlaşmasına qarşıdur;
– Rusiya enerji kartının İranla əvəzlənməsini, Tehran-Vaşinqton xəttində tramplinlərin azalmasını istəmir;

Hücumda iki ölkənin bu və ya digər formada izinin olmasına dair konspriloji versiya da irəli sürmək olar, hərçənd, Vaşinqton-Tehran razılaşmasının vacib nöqtəsi olan Vyana danışıqları Rusiya və İsrailin istədiyi şəkildə yenidən dalana dirəndi.

Masada tərəflədən biri olan Rusiya razılaşmaya əlavə müddəanın daxil edilməsini istəyir: Moskvaya qarşı sanksiyalar Rusiyanın İranla iqtisadi və hərbi əlaqələrini əhatə etməməlidir;

İran anlaşmanın olmamasını ona qarşı sanksiyaların bir qisminin saxlanılması ilə əlaqələndirir: mümkündür ki, Tehran ABŞ-Rusiya qarşıdurmasında yaranmış fürsətlərdən maksimum istifadə etməyə çalışır;

Bu baxımdan, baş tutmayan danışıqlardan sonra SEPAH-ın hücumunun iki mümkün səbəbi var:

Birincisi, İran daxilində fikir ayrılığıdır: istisna deyil ki, Rusiyaya qarşı mübarizədə İran neftinə ehtiyacı olan Vaşinqton Vyanada razılıq əldə edilməyən Tehranla birbaşa danışıqlara başlasın və ABŞ-la münasibətləri qarşı olan qüvvələr bu ssenarini sıradan çıxarmaq niyyətindədir;

İkincisi, diqqətin İranın nüvə proqramından yayındırılmasıdır: ötən ilin sentyabrında MAQATE-nin mediaya sızan məxfi məlumatlarında Tehranın uranı lazım olan həddə qədər zənginləşdirməsi üçün bir ildən az müddət lazım olduğu qeyd olunurdu; mümkündür ki, belə qarşıdurma zaman qazanmağa da hesablanıb;

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 11 =