Sepah Baş komandanı müharibəyə başlayan ilk tərəf olmayacaqlarını bəyan etdi

Sepah Baş komandanı müharibəyə başlayan ilk tərəf olmayacaqlarını bəyan etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri korpusunun baş General-mayor Hüseyin Salami dünən səhər “Sepah”-ın quru qoşunlarına yeni texnika əlavə olunması mərasimində çıxış edib.

General-mayor Salami deyib: “Siyasi müstəqillik, izzət və iftixara nail olduğumuz bu dövrdə, təcavüzkar ABŞ-dan Avropa müttəfiqlərinə, regional ortaqlarına və yerli terrorçulara qədər hamısı İrana qarşı hiylə qurmaqdadırlar. Onlar bacardıqları qədər fürsət taparaq İran millətinə qarşı olan planlarını icra etməyə çalışırlar.

Sepahın baş komandanı həmçinin bildirib: Düşmənlər bilməlidirlər ki, döyüş meydanını, döyüşün intensivliyini və keyfiyyətini biz seçirik, amma strategiyamız müdafiə xarakterlidir. Yəni müharibə istəmirik. Siyasətimiz müdafiədir, amma strategiyalarımızın hamısı işləkdir və bu bir həqiqətdir.

General-mayor Salami belə əlavə edib: “Əvvəla, biz heç vaxt müharibəyə ilk başlayan tərəf olmayacağıq. Amma bizə qarşı başlanacaq ilk hücumdan sonra addımımız hücum xarakterli olacaqdır. Çünki ərazi bütövlüyümüzü qorumaq əsas hədəfimizdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − 3 =