SEPAH: Dəfn mərasimi Hizbullahın diri olduğunu göstərdi

SEPAH: Dəfn mərasimi Hizbullahın diri olduğunu göstərdi

İslam İnqilabı keşikçiləri Korpusu SEPAH bir bəyanatda vurğulayıb: “Beyrutda müqavimət şəhidlərinin möhtəşəm və epik dəfn mərasimi Hizbullahın diri olduğunu və müqavimətin dünyanın azadə insanlarının damarlarında axdığını göstərdi”.

SEPAH-ın bəyanatının bir hissəsində deyilir: “Livan müqavimətinin iki mücahid lideri və şəhidi Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddin üçün müxtəlif millətlər, etniklər və səliqələrdən olan milyonlarla əzadarın coşqulu və kütləvi iştirakı ilə və sionist rejim qırıcılarının Beyrut səmasında rəzil və təhdidedici hərəkəti fonunda keçirilən möhtəşəm vida mərasimi, İslam ümmətinin düşmənlərinin istəkləri və şeytani arzularının əksinə olaraq, İslamın qüdrətinin cilvəgahına və əziz Livanın hərtərəfli milli birliyinə və anti-sionist müqavimətin qlobal əks-sədasına çevrildi”. 

Bəyanatda əlavə olunub: “Müqavimət şəhidləri üçün İslam dünyasında möhtəşəm, tarixi və bənzərsiz dəfn mərasimi göstərdi ki, güclü və qəhrəman Hizbullah hələ də sağdır və müqavimət hələ də dünyanın azadə xalqlarının damarlarında axır və İslam ümməti və böyük müqavimət cəbhəsi Qüdsi-Şərifi və İslam torpaqlarını işğal edənlərin kökünü kəsmək üçün dirilik, güc və qətiyyətlə irəliləməyə davam edir və müqavimət şəhidləri, xüsusilə də şəhid Seyid Həsən Nəsrullah onların Qüdsü azad etmək üçün hərəkətinin yol göstərəni olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + eleven =