SEPAH: Doğru Vəd 1 və Doğru Vəd 2 əməliyyatları şəhid Tehrani Müqəddəmin səylərinin nəticəsidir
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaydığı bəyanatda Doğru Vəd 1 və Doğru Vəd 2 əməliyyatlarını İranın sionist şeytan və vəhşi rejimin şər və cinayətlərinə qarşı güclü və tarixi cavabı kimi qiymətləndirib, onu şəhid Tehrani Müqəddəm və onun sadiq dostlarının səylərinin və o şəhidin Qüdsün azadlığına doğru gedən yolunun məhsulu adlandırıb.”
SEPAH-ın bəyanatında İslami İranın raket atasının şəhadətinin 13-cü ildönümünü anılmaqla yanaşı bildirilir: “Uca Allaha şükür edirik ki, görkəmli alim, İslam İnqilabının təqvalı və rəşadətli keşikçisi general-mayor şəhid Hacı Həsən Tehrani Müqəddəmin şəhadətindən 13 il keçdiyi bir vaxtda onun ölkənin gələcəyinə dair bilik və bacarığından irəli gələn zəhmət və səylər nəticəsində əldə olunan məqsəd və nailiyyətlərin böyüməsi və təkmilləşməsinin, İnqilab və İran İslam Respublikasının düşmənlərinin birləşmiş cəbhəsinin birləşmiş döyüş meydanında İslam vətənini təhlükəsiz qorumaq üçün tələblərin təmin edilməsinin şahidiyik. Belə ki, İran xalqının övladlarının qətiyyətli və ibrətamiz gücünün “üstün əli” düşmənin ümid və arzularını külə çevirmişdir.”
Bəyanatda vurğulanır: “Şəhid Tehrani Müqəddəm Uca Allaha iman, doğru İslamın ülvi təlimlərinə motivasiya və iradə ilə yerli və İranın imkanlarına arxalanaraq müdafiə və hərbi sahədə elm və texnologiyanın zirvələrini fəth etmək yolunu açdı, “onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə hazırlayın!” şərəfli ayəsinə məna verməklə ölkəmizin elmi-texniki sistemində yeni texnologiyaların yaradılmasının banisi oldu.”
SEPAH öz bəyanatında Doğru Vəd 1 və Doğru Vəd 2 əməliyyatları çərçivəsində əziz İranın sionist şeytan və vəhşi rejimin cinayətlərinə qarşı güclü və tarixi cavabını şəhid Tehrani Müqəddəm və onun sadiq dostlarının səylərinin məhsulu və Qüdsün azadlığı uğrunda o əziz şəhidin yolunun davamı kimi qiymətləndirib.
SEPAH bildirib: “İnqilab və Vilayəti-Fəqih məsələsində şəhid Tehrani Müqəddəmin təlimləri bu gün “İkinci Addım Bəyannaməsi” kontekstində ölkənin inkişafı və İran cəmiyyətinin tərəqqisinin təhlükəsizliyi və əsaslarının müdafiəçilərinin qarşısındadır və yüksək hədəflər və onlara çatmağın qısa yollarını bilmək, yorulmaq bilməyən səy və addımlardan istifadə etməklə, orta stansiyalarla kifayətlənməmək yolunda irəliləməyə xüsusi diqqət yetirilir.”
Bu bəyanat İslami Müqavimət Cəbhəsinin, Qüdsün azadlığının mübarək yolunun, məzlum Fələstin xalqının müdafiəsinin uca məqamlı şəhidlərini, xüsusilə Hacı Qasim Süleymani və Hacı Həsən Tehrani Müqəddəmi hörmətlə anır, bugünkü gənc nəslin bu böyük şəhidlərin, Seyid Həsən Nəsrullah, İsmayıl Həniyyə və Yəhya Sinvar kimi digər müqavimət şəhidlərinin mömin və inqilabçı mücahidlər qarşısında qüdrət qurucu və zəfər yaradan məktəbdən xəbərdar olması zərurəti haqqında İran xalqının və İslam dünyasının yeni bir islami sivilizasiyanın həyata keçirilməsində açdıqları yolu vurğulayır.