SEPAH Hava və Kosmos Qüvvələri Komandanı: Özümüzü hər bir şəraitə hazırlamalıyıq

SEPAH Hava və Kosmos Qüvvələri Komandanı: Özümüzü hər bir şəraitə hazırlamalıyıq

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava və Kosmos Qüvvələri komandanı general-mayor Seyid Məcid Musəvi bildirib ki, bu gün ölkə daim təkrarlanan “Aşura” kimidir və buna görə də xalq hər cür vəziyyətə hazır olmalıdır.

General Musəvi bir televiziya müsahibəsində deyib: “Şəhidlər, xüsusilə də şəhid general Hacı Əmirəli Hacızadə və şəhid Mahmud Baqiri bu qurumda cəsarət və mübarizə mədəniyyətini yadigar qoyublar və bu ruh bu gün müxtəlif sahələrdə özünü göstərir.”

O əlavə edib: “Hər birimiz öz rolumuzu və məsuliyyətimizi qəbul etməliyik ki, istənilən anda onu yerinə yetirə bilək. Mərhum doktor Şəriətinin gözəl bir sözü var: ‘O kəslər ki, Hüseyn (ə) kimi şəhid ola bilərlər, Hüseyn kimi davranmalıdırlar, o kəslər ki, şəhid ola bilmirlər, Zeynəb (s.ə) kimi davranmalı və həqiqəti yaymalıdırlar.’”

General Musəvi vurğulayıb ki, bu gün ölkədə vəziyyət elədir ki, sanki Aşura hadisəsi təkrar olunur və hər zaman təkrarlana bilər. “Ona görə də biz özümüzü hər cür mümkün situasiyaya hazırlamalıyıq,”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =