Sepah: İsrailin konsulluğa endirdiyi zərbə nəticəsində 7 nəfər həlak olub

Sepah: İsrailin konsulluğa endirdiyi zərbə nəticəsində 7 nəfər həlak olub

İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi raket zərbələri nəticəsində 7 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) briqada generalı Məhəmməd Rza Zahedi və general Məhəmməd Hadi Hacı Rəhimi də var.

21:38

İsrailin Suriyanın paytaxtında İran konsulluğuna endirdiyi hava zərbəsi nəticəsində azı 5 nəfər həlak olub.

“Report” IRIB telekanalına istinadən xəbər verir ki, bunu İslam Respublikasının Dəməşqdəki səfiri Hüseyn Əkbəri deyib.

Əkbəri təsdiqləyib ki, hücum binada olan iranlı diplomatların və hərbi müşavirlərin ölümünə səbəb ola bilər.

İranın dövlət televiziya kanalı “Press TV”nin məlumatına görə, hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məhəmməd Rza Zahedi və onun müavini həlak olub. Zahedi 2007-ci ildə Tehranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyalar tətbiq etdiyi şəxslər siyahısındadır. Zahedi 2005-2008-ci illərdə İran İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanı, 2008-2016-cı illərdə isə Əl-Qüds qüvvələrinin Livan və Suriyadakı bölmələrinə komandanlıq edib.

20:52

İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb.

“Report” xəbər verir ki, bu barədə İranın “Əl-Aləm” telekanalı məlumat yayıb.

Bundan əvvəl Suriyanın SANA agentliyi İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdəki evə hücum etdiyini bildirib.

İranın yerli telekanalının məlumatına görə, konsulluğun binası və İran səfirinin iqamətgahı atəşə tutulub. “Tasnim” agentliyi 6 nəfərin partlayış nəticəsində həlak olduğunu açıqlayıb.

19:46

İsrailin İranın Dəməşqdəki səfirliyi yaxınlığında hava hücumu nəticəsində 6 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ölənlərdən biri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahedidir.

18:47

İsrailin Müdafiə Ordusu Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib.

“Report” “Ria Novosti”yə istinadən xəbər verir ki, atılan raket İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı evə düşüb.

Nəticədə diplomatik missiyanın binasına ziyan dəyib.

Ölən və ya yaralanan barəsində məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =