SEPAH rəhbəri: İsrail iranlı hərbi müşavirin ölümünə görə cavab verək

SEPAH rəhbəri: İsrail iranlı hərbi müşavirin ölümünə görə cavab verək

“İsrail Suriyanın Hələb şəhərinə endirdiyi hava zərbəsi nəticəsində öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iranlı hərbi müşavirin ölümünə görə cavab verəcək”.

Bunu SEPAH-ın komandiri general-leytenant Hüseyn Salami deyib.

“İsrail axıdılan günahsız qanların əvəzini ödəyəcəyini bilir, cavabı gözləsin”, – deyə Salami bildirib.

SEPAH rəhbərinin sözlərinə görə, ölən zabitin həyatı və onun Fələstində İsrail əleyhinə müqavimətinə kömək etməkdə göstərdiyi səylər İranın inqilabçı gəncliyini əbədi olaraq ruhlandıracaq.

Xatırladaq ki, iyunun 3-də iranlı müşavir Səid Abiyarın Hələbdə İsrail Hərbi Hava Qüvvələrinin gecə zərbəsi nəticəsində həlak olması barədə məlumat yayılmışdı. İyunun 4-də SEPAH bu məlumatı təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 4 =