Sepahın əməliyyatlar üzrı müavini sionistlərə xitabən: Əmin olun ki, 81 illiyinizi görməyəcək və daxildən çökəcəksiniz!
İslam İnqilabı Keşikçiləri Korpusunun əməliyyatlar üzrə müavini sionist rejimə xitabən deyib: Əmin olun ki, 81 illiyinizi görməyəcək və daxildən çökəcəksiniz! Bu çöküşün əlamətlərini o tərəf-bu tərəfini yamamağa çalışdığınız saxta hökumətinizin formalaşmasında görmək olar.
İslam İnqilabı Keşikçiləri Korpusunun əməliyyatlar üzrə müavini general Abbas Nilfuruşan sionist rejimə dedi:
Boynunda minlərlə fələstinlinin qanı olan ordunuzun mənfur komandirlərindən birindən sitat gətirmək istəyir və onun çirkin adını dilimə gətirmək istəmirəm. İslam İnqilabın əvvəlində o, demişdi ki, Tehranda baş verən bu zəlzələnin təkanları Tel-Əvivi məhv edəcək.
İnqilab Keşikçiləri Korpusunun əməliyyatlar üzrə müavini sionist rejimin baş nazirinə deyib: Cənab Netanyahu, heç çabalama, çünki inqilab zəlzələsinin təkanları Tel-Əvivin küçə və xiyabanlarına çatıb. Hiylə qurmağı dayandırın, nə qədər çox çabalasanız, bir o qədər də öz çöküşünüzün bataqlığına batacaqsınız.
Sonda silahlı qüvvələrin bu ali komandiri qeyd edib: Biz böyük İran xalqı və şəhidlərimizin qanı ilə inqilabın səngərlərində möhkəm dayanmışıq və saxta rejim və uşaq qatili İsrailin məhv edilməsinə qədər durmayacağıq.