Sepahın baş komandanı : Sionistlərə deyirik ki, sevinciniz çox keçicidir. Tezliklə məhv olacaqsınız!
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçilərinin Baş Komandanı General-mayor Hüseyin Səlami, Qüds ordusu komandirinin müavini, Şəhid Seyid Məhəmməd Hicazinin dəfn mərasimində belə dedi: “General Şəhid Seyid Məhəmməd Hüseynzadə Hicazi, 40 ildən çox bir müddətdə ilahi yolda irəlilədikdən sonra və “müqəddəs müdafiə” cəbhələrindən Aralıq dənizinin şərqindəki müqavimət cəbhələrinə qədər İslam müqavimətinin uca yolunda çətin meydanlar təcrübə etdikdən sonra böyük arzusuna çatdı.”
Sepahın baş komandanı, Şəhid Hicazinin mücahidətinin uca üfüqlərinin İran sərhədlərində bitmədiyini söyləyərək belə qeyd etdi: “O, Livana getdi, orada müqavimət rəhbəri Seyid Həsən Nəsrullahın və müsəlman ümmətinin oğullarının köməyinə yetişdi və orada Hizbullahın sionistləri məğlub etmək üçün güc planını tamamladı.”
General-mayor Səlami belə əlavə etdi: “Sionistlərə sözümüz budur, şad olduqlarını eşitdim. Bəli! İmam (Hüseyn) Kərbəlada şəhid olan zaman Ali-Ziyad və Ali-Mərvan sevincə qərq oldular. Ancaq sionistlərə deyirik ki, sevinciniz çox keçicidir. Tezliklə torpaqlarından qovduğunuz millətin əliylə yox olacaqsınız!”