Serbiya Futbol İttifaqı Azərbaycan millisi ilə oyundakı şüarlara görə cərimələndi
FIFA İntizam Komitəsi Serbiya Futbol İttifaqını 35 000 İsveçrə frankı məbləğində cərimələyib.
Buna Serbiya millisinin evdə Lüksemburq və Azərbaycan yığmalarına qarşı 2022-ci il dünya çempionatının seçmə oyununda yerli azarkeşlərin təhqiramiz şüarlar səsləndirməsi səbəb olub.
Qeyd edək ki, Serbiya seçməsi sentyabrın 4-də baş tutan matçda Lüksemburqu 4:1, oktyabrın 12-dəki qarşılaşmada isə Azərbaycanı 3:1 hesabı ilə məğlub edib.
Report