Serbiyalı forvard Ronaldonun rekordunu təkrarlayıb

Serbiyalı forvard Ronaldonun rekordunu təkrarlayıb

 “Fiorentina”nın forvardı Duşan Vlahoviç A seriyasında özü üçün yeni rekorda imza atıb.

SalamNews xəbər verir ki, serbiyalı futbolçus İtaliya çempionatının 18-ci turunun “Sassuolo” ilə matçında (2:2) qol vuraraq 2021-ci ildə çempionatda vurduğu qolların sayını 33-ə çatdırıb.

Vlahoviç bu göstəricidə “Yuventus”un sabiq forvardı Kristiano Ronaldonun göstəricisini təkrarlayıb. Portuqaliyalı hücumçu “Yuventus”la 2021-ci ildə A Seriyasında 33 qol vurmuşdu.

​Vlahoviç hazırda bu mövsüm A Seriyasında 18 qolla bombardirdir. 

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 12 =