Sergey Lavrov Makronun cavabını verdi

“Fransa Minsk Qrupunun həmsədrliyinə sonradan qoşulub. Biz Parisin xahişi ilə buna getdik”.
Sonxeber.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Nazir bu fikirləri Fransanın Qarabağ məsələsindəki ikibaşlı mövqeyinə cavab olaraq səsləndirib:
“Fransa Minsk Qrupunun həmsədrliyində əvvəlcədən təmsil olunmayıb. ATƏT-in Minsk Qrupu həmsədrliyindən danışırıqsa, əvvəlcədən həmsədrlər yalnız Rusiya və ABŞ olub. Fransa prosesə daha gec – sonradan qoşulub. Biz Parisin xahişi ilə buna getdik”.
10 noyabrda imzalanan üçtərəfli Bəyanatdan sonra avtomatik olaraq “oyundankənar” vəziyyətdə qalan Fransanın indi canfəşanlıq göstərib yenidən həmsədr kimi prosesə qoşulmaq istəməsi Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiyanın da maraqlarına cavab vermir. Ona görə də Lavrov Fransa tərəfini bu cür sərt diplomatik cavabla susdurmağa çalışıb.