Sergey Lavrov Qahirədə Suriyanın Ərəb Birliyinə qayıtmasının vacibliyindən danışdı

Sergey Lavrov Qahirədə Suriyanın Ərəb Birliyinə qayıtmasının vacibliyindən danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov 12 aprel bazar ertəsi günü Qahirədə, misirli həmkarı Sameh Şükri ilə görüşüb.

Birgə mətbuat konfransında Lavrov Suriya münaqişəsi toxunaraq belə deyib: “Biz Suriyanın Ərəb Birliyinə qayıtması və birliyə üzvlüyünü bərpa etməsinin vacibliyini vurğulayırıq. Suriya Ərəb dünyasının bir hissəsidir və Misirlə tarixi əlaqələri vardır.”

Həmçinin Lavrov Misirli həmkarı ilə Suriya məsələsini və Suriya xalqının öz müqəddəratını təyinetmə hüququnu müzakirə etdiyini söyləyib.

Rusiya Xarici işlər naziri Liviya məsələsinə də toxunaraq belə qeyd edib: “Biz regional münaqişələr də daxil olmaqla bütün münaqişələrin siyasi həllinin tərəfdarıq və liviyalıların öz böhranlarını həll etmək üçün göstərdikləri səylərini dəstəkləyirik.”

Sergey Lavrov sionist rejimlə əlaqələrin normallaşması məsələsinə də münasibət bildirərək deyib: “İsrail ilə münasibətlərin normallaşması Fələstin məsələsinin kənara qoyulmasına səbəb olmamalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − five =