Seyid Həsən Nəsrullah çıxış etdi

Seyid Həsən Nəsrullah çıxış etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan Hizbullah hərəkatının baş katibi Seyyid Həsən Nəsrullah, “Müqavimət və Qurtuluş bayramı” olaraq bilinən İsrail qoşunlarının 2000-ci il mayın 25-də Cənubi Livandan qaçmasının 25-ci ildönümü münasibətilə etdiyi bir çıxışında Fələstin məsələsinə də toxunub.

Seyyid Həsən Nəsrullah sionistlərə müraciət edərək deyib: “Qüds və Məscidül-Əqsanın işğalı regional bir müharibə deməkdir.”

Hizbullahın baş katibi sözlərinin davamında deyib: “Düşmən İsrail bu ciddi problemlə qarşılaşdığını anlasa, gələcəkdə hər hansı bir hərəkətin nəticəsinin bu rejimin tənəzzülü olduğunu yaxşı başa düşər.”

O, həmçinin qeyd edib: “Bütün dünya “Qüds Qılıncı” döyüşündə vahid bir hədəfə doğru irəliləyən Fələstin xalqının birləşdiyini hiss etdi. “Qüds Qılıncı” döyüşü Fələstin məsələsini dünyada yenidən qabartdı və medialara çıxartdı. Bu döyüşün nəticələrindən biri də işğal olunmuş torpaqları geri qaytarmağın yeganə yolunun müqavimət olmasını anlamaq oldu.”

Seyyid Həsən Nəsrullah belə əlavə edib: “Qüds Qılıncı döyüşündən sonra, əsrin razılaşmasının süquta uğradığını söyləyə bilərik. Həmçinin İsrailin çirkin üzünü, xüsusən də apartayd sistemini bir daha nümayiş etdirmək bu döyüşün mühüm nəticələrindən biri oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 14 =