Seyid Həsən Nəsrullah Fələstin İslami Cihadının baş katibi ilə görüşüb

Seyid Həsən Nəsrullah Fələstin İslami Cihadının baş katibi ilə görüşüb

Livan mediası Fələstin İslami Cihadının baş katibinin Livan Hizbullahının baş katibi ilə görüşdüyünü açıqlayıb.

Mehr xəbər agentliyinin Əhd-ə istinadən verdiyi məlumata görə, xəbər mənbələri Fələstin İslami Cihadının baş katibi Ziyad Ən-Nəxalənin Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşünü açıqlayıb.

Bu görüşdə hər iki tərəf sionist rejimə qarşı müqaviməti gücləndirmək üçün məsləhətləşmə və koordinasiyanın davam etdirilməsini vurğuladılar.

Həmçinin, bu görüşdə hər iki tərəf anti-sionist əməliyyatları və onların genişlənməsini yüksək qiymətləndiriblər.

Tərəflər vurğulayıblar ki, Fələstin xalqı və Fələstin döyüşçülərinin işğalçılara və onun cinayətkar ordusuna qarşı cəsarətlə ortaya qoyduğu bənzərsiz mənzərələr təqdirəlayiqdir.

Ziyad Ən-Nəxalə bu yaxınlarda ikinci dəfə İslami Cihad Hərəkatının baş katibi seçilib. O, işğalçı düşmənə qarşı silahlı mübarizənin və müqavimətin Fələstin idealı reallaşana qədər davam edəcəyini və Fələstin xalqının səbir və mətanətinin nəticəsini görəcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + sixteen =