Seyid Həsən Nəsrullah: İran İmam Xameneinin rəhbərliyi altında İslamın sayəsində güclü qalacaq

Seyid Həsən Nəsrullah: İran İmam Xameneinin rəhbərliyi altında İslamın sayəsində güclü qalacaq

Livan Hizbullahının baş katibi Aşura çıxışında regionda baş verən son hadisələrə toxunaraq İranın İmam Xameneinin rəhbərliyi ilə İslamın qalib gələcəyini vurğulayıb.

“Hizbullah”ın Livandakı baş katibi Seyid Həsən Nəsrullah bu gün (çərşənbə axşamı) İmam Hüseyn (ə) və səhabələrinin şəhadətinin ildönümündə çıxış edərək, bu hərəkatın hər zaman Fələstinin mübariz xalqının yanında olacağını vurğulayıb.

Livan Hizbullahının baş katibi çıxışının əvvəlində bütün xalqa və İran İslam İnqilabının Ali Məqamlı Rəhbərinə başsağlığı verib və Livan xalqının builki Aşura mərasimində böyük iştirakına görə təşəkkür edib və yüksək qiymətləndirib.

Seyid Həsən Nəsrullah deyib: “Bir daha Seyyidş-Şühəda Əba Əbdillah Hseynlə (ə) müqaviləmizi təzələyirik və ona deyirik ki, biz sizinləyik və çağırışınıza qulaq asırıq, sizin əcdadınız İslamını [dinini] qoruyub saxlayacağıq. Ey Əba Əbdillah, biz kişilər və qadınlar, qocalar və gənclər sizinlə əhd-peymanımızı təzələyir və bu yola sadiqliyimizi bir daha bəyan edirik. Keçən qırx ildə bütün sahələrdə və bütün çətinliklər qarşısında dediyimiz kimi, bir daha Ləbbeykə ya Hüseyn deyirik.

Hizbullah Fələstin davası uğrunda mübarizənin önündədir

Hizbullah baş katibi əlavə edib: “Aşura mərasimi zamanı güllələnən Nigeriya vətəndaşlarının dərdlərinə şərik olduğumuzu bildiririk.

 Biz Fələstində əzmkarlığı ilə daim mübarizə aparan şəhidlərimiz və müqavimətçilərimizlə fəxr edirik.

Biz bir daha – ötən 40 ildə olduğu kimi, bu müqəddəs işə sadiq olduğumuzu bəyan edir və bu mübariz xalqın yanında olduğumuzu vurğulayırıq. Fələstin davasına sadiqliyimizi bir daha vurğulayırıq.

Fələstin mərkəzi məsələdir və biz amerikalılardan və ya diktatorlardan mərhəmət və ədalət gözləmirik; Amma biz ərəb olduğunu iddia edənlərə deyirik ki, İordan çayının qərb sahilində, Qüdsdə və Qəzzədə tökülən qanla bağlı mövqeyiniz necədir?”

Bəhreyn rejimi münasibətləri İsraillə normallaşdıran ən pis rejimlərdən biridir

O, həmçinin qeyd edib: “Münasibətləri İsraillə normallaşdıran ən pis rejimlərdən biri Bəhreyn rejimidir. Əvvəlki günlərdə özünü göstərən rejim nə Manamada, nə də bu ölkənin digər bölgələrində qaldırılan qara bayraqlara dözmür.

Bəhreyn xalqının onları əsas və təbii haqlarından məhrum edən və bu xalqın düşmənlərini bağrına basan və münasibətlərin normallaşmasını bu xalqa sırıyan, rüşvətxor və xain hökumətin xalqa qarşı zülmünü xatırladırıq.

Yəmən xalqının məzlumluğu Kərbəlanın əsl təzahürüdür

Seyid Həsən Nəsrullah vurğulayıb: Biz öz şərəf və vətənlərini qorumaq üçün bir neçə ildir işğalçılar, təcavüzkarlar, zillət və təkəbbürlə mübarizə aparan mücahid və mühasirəyə alınmış Yəmən xalqının yanında olduğumuzu vurğulayırıq. Yəmənlilər yorğunluq bilmirlər və mühasirəyə, ağrı və yaralarına baxmayaraq, öz varlığı ilə cəbhələri və tarlaları doldururlar.

Yəmən xalqının məzlumluğu, əzmkarlığın, qürurun, qanın qılınc üzərində qələbəsinin və Kərbəla və Seyyidiş-Şühəda Əba Əbdillahın həqiqət simvolunun əsl təzahürüdür.

Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır

Hizbullahın baş katibi başqa bir hissədə deyib:

“İraq müqəddəs bir torpaqdır, ümid edirik ki, bütün sevdiklərimiz İraqın xilası yolunda İraqın və bütün xalqın naminə millətin böyük uzaqgörən məsələlərilə bağlı mübarizə aparacaqlar.

Dünya müharibəsindən çıxan, lakin indi sanksiyalarla mübarizə aparan Suriya indi sanksiyalarla üzləşib. Bu sanksiyalar aradan qaldırılmalıdır.

Seyid Həsən Nəsrullah əlavə edib: İmam Xameneinin rəhbərliyi ilə İran İslamın ön sıralarında güclü qalacaq. Müqavimət oxunu, Qasım Süleymani və qardaşı komandir Əbu Mehdi Əl-Mühəndisi Seyidüş-Şəhada Aşurasında da xatırlayırdıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 11 =