Seyid Həsən Nəsrullah: Livan böhranının əsas amili Amerikadır

Seyid Həsən Nəsrullah: Livan böhranının əsas amili Amerikadır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah, cümə axşamı gecəsi Həzrət Əbulfəzlil- Abbasın (ə) mövlud günü və “Qazilər Günü” münasibətilə çıxış edib.

Çıxışın əvvəlində Seyyid Həsən Nəsrullah bütün müqavimət şəhidlərinin ailələrinə təşəkkürünü bildirmiş və son şəhidlərin ailələrinə başsağlığı verib.

Seyid Həsən Nəsrullah belə söyləyib: “Müqavimət düşmənləri və onların müttəfiqləri Yəməndə, Suriyada və İraqda vətəndaş müharibəsi başlatmışlar, onlar İranda və Livanda da vətəndaş müharibəsi yaratmaq niyyətində idilər, lakin buna nail olmadılar.”

Müqavimət rəhbəri ölkə daxili problemlərdən danışarkən bildirib: “Bəzi xarici və yerli qüvvələr ölkəni vətəndaş müharibəsinə sürükləməyə çalışırlar və bunun üçün “yanacaq və odun” axtarırlar.” O, əlavə edib ki, Hizbullah heç də hökumət qurulması və ya iqtisadi və maliyyə islahatları üçün silahdan istifadə etmək niyyətində deyildir.

Seyyid Həsən həmçinin qeyd edib ki, Livanın problemləri çoxdur, ancaq ABŞ-ın Livana təzyiqi və ölkənin müəyyən iqtisadi islahatlara doğru irəliləməsinə maneə yaratması Livan böhranının əsas amili olduğunu söyləmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 1 =