Seyid Həsən Nəsrullah Livanda baş verənlərlə bağlı son sözünü dedi

Seyid Həsən Nəsrullah Livanda baş verənlərlə bağlı son sözünü dedi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu hərəkatın düşmənin vətəndaş müharibəsi tələsinə düşməyəcəyini vurğulayıb.

Seyid Həsən Nəsrullah Məhərrəm ərəfəsində din xadimləri ilə görüşündə Hizbullah hərəkatının bir üzvünün dəfn mərasimində yaşanan son gərginliyə toxunaraq deyib: “Hizbullah vətəndaş müharibəsinə girməyəcək və biz nə edəcəyimizi bilirik.”

Livan Hizbullah partiyasının baş katibi çıxışının bir hissəsində, düşmənlərin hərəkata qarşı fitnəsinin üç əsas yönümünə işarə edərək deyib: “Onların ilk addımları Hizbullahın imicini ləkələmək, ikincisi isə bu hərəkatı daxili qarşıdurmaya doğru sürükləməkdir.”

Vətəndaş müharibəsi fitnəsinə gəldikdə, o belə əlavə edib: “Bu, Həririnin həbsdə olduğu dövrdə başlayan və vətəndaş müharibəsini alovlandırmaq məqsədi daşıyan plana əsaslanır. Lakin Livan siyasi qruplarının mövqeyi Səudiyyə Ərəbistanını təəccübləndirdi və mövqeyini dəyişməyə məcbur etdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + six =