Seyid Həsən Nəsrullah: Raketlərimiz “Kariş” yatağını hədəfə alıb, düşmən bilir ki, biz ciddiyik

Seyid Həsən Nəsrullah: Raketlərimiz “Kariş” yatağını hədəfə alıb, düşmən bilir ki, biz ciddiyik

Livan Hizbullahının baş katibi İmam Hüseynin (ə) Ərbəin mərasimi münasibətilə etdiyi çıxışda deyib: Müqavimət Livanın hüquqlarını heç vaxt güzəştə getməyəcək və sionist rejimə Kariş yatağından qaz çıxarmağa icazə verməyəcək.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu gün (şənbə) Bələbək şəhərində İmam Hüseynin (ə) Ərbəin əzadarları qarşısında çıxış edib.

Bu gün yüz minlərlə livanlı şiə “Divarəl-Cəbəli” marşrutu ilə Seyidə Xule bint Hüseynin (ə) hərəminə doğru yürüş edib, əzadarlıq edib, sonda isə Livan Hizbullahının baş katibinin çıxışına qulaq asıb.

O, əvvəlcə Ərbəin mərasimində iştirak edənlərə başsağlığı verərkən deyib ki, Ərbəin gününün ən mühüm dərslərindən biri İmam Səccad (ə) və xanım Zeynəbin (s) Yezidin məclisində sərgilədiyi mövqeləridir. Mömin nə qədər ağır və çətin vəziyyətə düşsə də, bu, möminin zəifliyinə və təslim olmasına səbəb ola bilməz.

Seyid Nəsrullah əlavə etdi: “İnsan bu mərasimlərdə və məqamlarda məyus olmamalı və Allahın vədinə təvəkkül etməli olduğunu başa düşür və Xanım Zeynəb (ə) belə idi. O, Yezid məclisində və İmam Hüseynin (ə) mübarək başının da onun qarşısında olduğu halda, özünəməxsus bir ruhiyyə ilə danışdı və dağları lərzəyə salan xütbə oxudu və Yezidə xitab etdi ki, əlindən gələni etsən də Allah bizim adımızı unutdurmağına icazə verməyəcək.

Livan Hizbullahının baş katibi daha sonra İraqda milyonlarla insanın Ərbəin yürüşünü xatırladıb və bunu həzrət Adəmin (ə) yaradılışından indiyədək miqyası və əhalisi baxımından tarixdə bənzərsiz bir mərasim hesab edib və belə bir mərasimin keçirilməsinin möcüzə sayıb. Belə ki, bütün sui-qəsdlər və hərəkətlər belə bir mərasimi dayandıra bilmədi.

O, İraqdakı Ərbəin yürüşünü Həzrət Zeynəbin nitqinin təfsir nümunələrindən biri hesab edib və bildirib ki, iyirmi milyondan çox zəvvar İmam Hüseyn (ə) üçün döyünən iyirmi milyondan çox məhəbbətli qəlb deməkdir.

Seyid Həsən Nəsrullah daha sonra son günlər baş verən hadisələri müzakirə edərək, “Səbra və Şətila” cinayətinə toxunub. Həmçinin, bildirib ki, bu cinayət 40 il əvvəl təkcə fələstinlilərə qarşı deyil, livanlılara qarşı da olub və 3500 fələstinli ilə yanaşı, 1900 livanlı da şəhid olub.

O, Səbra və Şatilə cinayətinin ərəblər və sionist rejim arasında mübarizə tarixində ən böyük və ən iyrənc cinayət olduğunu və günahkarların hələ də cəzalandırılmadığını deyib.

Amerikanın zəmanətini qəbul etmək, qəssabxanaya getmək deməkdir

Seyid Həsən Nəsrullah daha sonra vurğulayıb ki, Amerika zəmanətləri Səbra və Şətila cinayətində nə livanlıları, nə də fələstinliləri dəstəkləmir. Fələstin xalqı indi qəti nəticəyə gəlib ki, danışıqlar nəticəsizdir və onun yeganə variantı müqavimətdir.

O əlavə etdi: “Amerikanın zəmanətlərini qəbul edən hər kəs qurabn edilmək üçün kişilərini, qadınlarını və uşaqlarını qəssabxanaya aparmağı qəbul edən şəxs kimidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 3 =