Şeyx İsa Qasim müsəlmanların Ümumdünya Qüds günündə geniş şəkildə iştirakına təkid edib

Şeyx İsa Qasim müsəlmanların Ümumdünya Qüds günündə geniş şəkildə iştirakına təkid edib

Bəhreyn Şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim müsəlmanların Ümumdünya Qüds günü mərasimində geniş şəkildə iştirakının vacibliyini vurğulayıb.

Mehr Xəbər Agentliyinin “Əl-Əhd” saytına istinadən verdiyi məlumata görə, Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim cümə axşamı günü bəyanat yayaraq, İslam ümmətini sabah mübarək Ramazan ayının son cümə günü keçiriləcək Ümumdünya Qüds günündə geniş şəkildə iştirak etməyə çağırıb.

Bəhreynin şiə liderinin İslam ümmətinə ünvanladığı bəyanatda deyilir: Ümumdünya Qüds günü Fələstin, Qüds və Məscidül-Əqsa məsələsində çalışqanlığınız və ciddiliyiniz miqyasını göstərir.

Ayətullah İsa Qasim əlavə edib: Bu vəziyyətdə bizim geri çəkilməyimiz düşməni öz təcavüzünün davamı və genişlənməsinə ümid edir.

Təbii ki, meydanlarda kişilərin, qadınların və uşaqların çox olması və cihad nidasının düşmənə kiminlə üz-üzə olduğunu və onu nələrin gözlədiyi reallığını göstərir.

Qeyd edək ki, Fələstinə dəstək məqsədilə əksər İslam ölkələrində və dünyanın digər yerlərində sabah cümə günü Ümumdünya Qüds Günü

mərasimi keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 12 =