Şeyx Nəim Qasim: İsrail Livana geniş hücuma başlasa, cavabı ağır olacaq

Şeyx Nəim Qasim: İsrail Livana geniş hücuma başlasa, cavabı ağır olacaq

Livan Hizbullahı baş katibinin müavini müqavimət dəstələrinin tam hazırlıqlı vəziyyətdə olduğunu vurğulayaraq deyib ki, sionist düşmən genişmiqyaslı hücumlara keçdiyi təqdirdə çox ağır cavablar alacağından əmin olsun.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Şeyx Nəim Qasim İsrailin  Livana geniş  hücumlarını bütün ərəb və müsəlmanlara hücum olduğunu qeyd edərək deyib: Sionist rejimin Qəzzəyə hücumu ABŞ-ın yaşıl işığı əsasındadır və müşahidə edilən konfliktlər isə yalnız müharibə taktikasına görədir. Çünki Antoni Blinken onlara müharibəni dayandırmadan yalnız  hücumları zəiflətməsini istədiyində onlar Blinkenin sözünə məhəl qoymadılar. Elə bu səbəbdən də ABŞ-ın Qəzzədə  atəşkəş istəmədiyi bir daha sübuta yetdi və onlar müharibənin uzanması ilə məqsədlərinə çatacaqlarını təsəvvür edirlər.

Şeyx Nəim Qasim daha sonra deyib: Amerika İsrailə  dəstəyini dayandırarsa, Qəzzə müharibəsi bitmiş olar. Onlar guya Netanyahuya atəşəsə razılaş dediklərində, baş nazirin qəbul etmədiyinin elanı da, sırf Qəzzə müharibəsi cinayətlərində birbaşa məsulyyət daşımamaqdan boyun qaçırmalarına  görədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 1 =