Şeyx Nəim Qasim: Şəhid Süleymaninin öldürülməsi Amerikanın bölgədəki zəifliyinin pik həddə olduğunu göstərdi

Şeyx Nəim Qasim: Şəhid Süleymaninin öldürülməsi Amerikanın bölgədəki zəifliyinin pik həddə olduğunu göstərdi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Seyid Həsən Nəsrullahın müavini ABŞ-ın General Qasim Süleymanini zəiflik üzündən İraqda öldürdüyünü söylədi.

Livandakı Hizbullah Baş katibinin müavini Şeyx Nəim Qasim ABŞ-ın İraqdakı Bağdad Hava limanı yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandiri Qasim Süleymaninin öldürülməsindəki hərəkətinin ABŞ rəsmilərinin zəifliyinə işarə olduğunu açıqladı.

Şeyx Nəim Şəhid Süleymaninin öldürülməsi qarşısında vəzifəmizi yerinə yetirəcəyik.” – deyərək onun Sionist rejimin də hədəfində olduğunu bildirdi.

Seyid Həsən Nəsrullahın müavini Qasim Süleymaninin bölgədəki müqaviməti elə əvvəldən gücləndirməyə çalışdığını və Sionist rejimə qarşı Livandakı İslam müqavimətini dəstəklədiyini söylədi.

Keçən il ABŞ Bağdad hava limanı yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı General Qasim Süleymanini və Həşdi Şəbi təşkilatının rəis müavini Əbu Mehdi Əl-Mühəndisi hədəf alaraq öldürdü.

Buna cavab olaraq İraq parlamenti ABŞ əsgərlərinin ölkədən çıxarılması planını təsdiqlədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =